ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper may ayında ABŞ-yə qayıtmalı olan "USS Abraham Lincoln" aviadaşıyan gəmisinin heyətinin yorulduğunu bildirib.
Oxu.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, admiral bunu aviadaşıyan gəmiyə səfərindən sonra yazdığı məqalədə qeyd edib.
"Heyət yorulub, lakin tam gücü ilə işləməyə davam edir", - deyə admiral bildirib.
Kuper daha əvvəl mediada işıqlandırılan problemlərin artıq həll edildiyini iddia edib.
"Son xəbərlərdə əməliyyat fəaliyyətinin tempi, heyətin mənəvi vəziyyəti və hərbçilərimizin qarşılaşdığı reallıqlarla bağlı müxtəlif fikirlər yer alırdı. "Lincoln"da mən bu hekayələrin bir çox aspektinin artıq keçmişdə qaldığını müəyyən etdim", - deyə Kuper yazıb.
Onun sözlərinə görə, bir neçə ay əvvəl gündəmə gətirilən ərzaq, isti su və digər problemlər rəhbərlik tərəfindən nəzərdən keçirilib və həll olunub.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper uzunmüddətli xidmətdən sonra Yaxın Şərqdən qayıdan "USS Abraham Lincoln" aviadaşıyıcısına baş çəkib.
Oxu.Az bu barədə "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
Səfər ekipajın xidmət şəraiti ilə bağlı şikayətləri fonunda baş tutub. Aviadaşıyıcı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri regionda olub və bu müddət ərzində limanlara daxil olmayıb. Dənizçilər təzə ərzaq və şəxsi gigiyena vasitələrinin çatışmazlığı, su təminatında problemlər, eləcə də bəzi ekipaj üzvlərinin psixoloji vəziyyətinin pisləşməsi barədə məlumat veriblər.
"Navy Times" və "Stars and Stripes" nəşrləri xəbər veriblər ki, uzanan ezamiyyət və xidmət şəraitinin pisləşməsi fonunda "USS Abraham Lincoln" aviadaşıyıcısında dənizçilər arasında bir neçə intihara cəhd faktı qeydə alınıb. Pentaqon rəhbəri Pit Heqset isə öz növbəsində gəmidəki pis şəraitlə bağlı iddialarla razılaşmayıb.