Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"YAŞAT" Fondu müharibə əlilinin əməliyyat xərcini qarşıladı
"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, müharibə əlili Sahib Qəhrəman oğlu Əhmədova təyin olunan bud çanaq oynağının total dəyişdirilməsi əməliyyatı icra olunub.
Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
"Tibbi sığorta" teqi üzrə xəbərlər
- Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib
- Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib
- Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir?
- Aztəminatlı ailələr, imkanı olmayan şəxslərin NƏZƏRİNƏ: Yeni qanunla dərmanları pulsuz alacaqsınız
- Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?
Rəylər