Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qarabağ"dan 27 ilin rekordu
"Qarabağ" Azərbaycan Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub etməklə mövsümdəki qol sayını 95-ə çatdırıb.
Oxu.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub.
1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qol vurmayıb. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran "Neftçi" imza atıb.
Ümumilikdə isə Qurban Qurbanovun komandası yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, 1992-ci ildə "Neftçi" (104) və Sumqayıt "Xəzər"i (100) daha çox qol vurub.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Azərbaycanın Avropa çempionu olan yunan-Roma güləşi üzrə millisi Vətənə qayıdıb
- Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif olunub
- Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Avropa çempionu oldu
- Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
- Qurban Qurbanov: "Heç kimdən küsməmişəm"