Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) Elvin Hüseynov rəhbər təyin edilib.
Elvin Hüseynov bildirib ki, “YAŞAT” fonduna rəhbər təyin edilməsi xəbərini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədrindən öyrənib.
O həm də bildirib ki, döyüş əməliyyatlarında iki dəfə yaralanıb. Birinci dəfə 2014-cü il 28 may tarixində, ikinci dəfə isə 2015-ci il 25 apreldə.
Elvin Hüseynov 44 günlük vətən müharibəsində iştirak etmədiyini, amma bunu çox istədiyini deyib.
“Mən özüm bu döyüşlərdə iştirak etməsəm də, komandiri olduğum qrup bu döyüşlərdə iştirak edib. Həmin qrupun döyüş hazırlıqlarının yüksəldilməsində az da olsa payım varsa, nə xoş mənə. Dövlət Agentliyində “YAŞAT” fondu ilə iş şöbəsi yaradılıb. Mən bu şöbənin rəhbəriyəm. Bu şöbənin əməkdaşlarının böyük qismini qazilərimiz, qazilərimizin ailə üvzləri və şəhidlərin övladları təşkil edir”, - deyə o, qeyd edib.
Daha ətraflı Baku TV-nin müsahibəsində: