Bu gün 7 yaşını qeyd edən “Megafun” alış-veriş və əyləncə mərkəzi sentyabrda başlayan “Həyəcan mövsümü” uduşlu lotereyasının II turunun qaliblərini müəyyən etdi.
Xatırlayırsınızsa, lotereyanın iştirakçısı olmaq üçün şərtlərin çox sadə olduğunu xəbər vermişdik. Bunun üçün sadəcə Ticarət və Əyləncə Mərkəzinə gələrək burada yerləşən mağazalardan alış-veriş etmək, gözəllik salonu, restoran və ya kafeləri ziyarət etmək, yaxud uşaqları attraksionlara apararaq cəmi 50 manat xərcləməyiniz kifayət idi.
Hər 50 manat xərcləyənə bir lotereya kuponu verilirdi. Bu bir kupon isə öz növbəsində 37 dəyərli hədiyyəyə sahib olmaq şansı yaradırdı. Lotereyanın II turu dekabrın 19-da sona çatdı.
Bu həyəcanlı anları həm “Megafun”ın qonaqları, həm də “Xəzər TV”nin tamaşaçıları canlı izləyə bilirdi. Lotereyanın gedişatına və şəffaflığına üç nəfərdən ibarət bitərəf komissiya nəzarət edirdi. Tədbirin idarə edilməsi enerjisi ilə hər bir iştirakçının əhvalını daha da yüksəldən sevimli aparıcı Nəsib Nura həvalə olunmuşdu.
37 mükafatın hər biri çox dəyərli idi. Ancaq onlardan ikisi bütün iştirakçıların başlıca arzusu idi desək, yanılmarıq. Yəqin ki, anladınız. Söhbət iki ədəd “Wolksvagen Polo” avtomobilindən gedirdi. İlk avtomobilin sahibini Nəsib Nur özü açıqladı.
Bu 200323 N-li kuponlu iştirakçı Samir Novruzlu idi. Bu şad xəbər qalibə canlı yayımda telefon vasitəsilə verildi. İkinci avtomobilin bəxtəvər sahibi isə öz adını ölkənin ən parlaq ulduzlarından biri, Xalq artisti Miri Yusifin adından eşitdi və həmin anda səhnəyə qalxdı. Bu şanslı insan- 200402 N-li kuponun sahibi- Ruslan Həsənov lotereyanın gedişatını “Megafun”da izləyirmiş. Elə avtomobilinin açarlarına da adı çəkiləndən cəmi bir neçə saniyə sonra qovuşa bildi.
Hər iki avtomobil sahibi də daxil olmaqla bütün 37 şanslı iştirakçı, “Megafun”a toplanmış və televizorların önündə lotereyanı izləyən minlərlə insanı isə daha bir hədiyyə gözləyirdi. Bu da sevilən sənətçi, Xalq artisti Miri Yusifin konserti idi. Miri Yusif bu dəfə də sevənlərini coşdurdu. Bütün konsertlərində olduğu kimi, bu konsertində də izləyicilər mahnıları onunla birlikdə oxudular. Megafun isə daha bir uğurlu layihəyə imza atdı.
Aşağıda qaliblərin siyahısını təqdim edirik.