Tovuzda yeməkxanada əxlaqsızlıq yuvası aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məluamat görə, Tovuz rayon sakini İlqar Namazovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaraxanlı kənd sakini İ.Namazovun Dondar-Quşçu kəndinin ərazisində icarə götürdüyü yeməkxanada gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Qeys edək ki, İlqar Namazov əvvəllər məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.