İyulun 30-da Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14 radələrində söndürülüb.
ETSN-in mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələri qorumağa çağırır.
30.07.2015
Azərbaycan ərazisində siqaretdən meşə sahəsi yanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.
Yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqarət kötüyü olub.
Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
E.Ə.
www.oxu.az