Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı qeydə alınıb
25 avqust 1925-ci ildə anadan olan qadın 18 dekabr 1986-cı il tarixində vəfat edib və həmin tarixdə də dəfn edilib. Lakin bu günə qədər onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, vəfat edən qadın Yevlax şəhəri, C.Cabbarlı küçəsi, bina 5, mənzil 15 ünvanında yaşayıb. Həmin ünvanda da vəfat edib.
Belə ki, vəfat edən qadının oğlunun müraciətinə əsasən, ölümünü təsdiq edən sənəd olmadığı üçün müvafiq orqandan ona ölüm haqqında şəhadətnamə verilməyib və məhkəməyə müraciət etməsi tövsiyə olunub. Ona görə də o, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edib.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə qadının 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.
"Yevlax rayonu" teqi üzrə xəbərlər
- Yevlaxda 34 yaşlı kişi qardaşını qətlə yetirdi
- Yevlaxda "Mercedes" motobloku vurdu, ölən var
- Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
- Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batdı - Boyunun uzanmasını istədiyi üçün üzməyə gedirmiş
- Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb