Yevlax rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində yaralananların şəxsiyyəti bəlli olub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə nəticəsində OKA-nın sürücüsü, Bərdədə məskunlaşmış Ağdam rayon sakini 1966-cı il təvəllüdlü Vəliyev Telman Nəbi oğlu və “VAZ 2106” markalı avtomobilin sürücüsü Zərdab rayon sakini, 1959-cu il təvəllüdlü Əliyev Əşirəf Məmmədqulu oğlu xəsarət alıb.
Qəzada ölən şəxs “VAZ 2106” markalı avtomobilin sərnişinidir. Hələlik onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Həmin şəxs tanınmaz hala düşüb.
23:07
Yevlax rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlax – Bərdə avtomobil yolunda qeydə alınıb.
OKA markalı minik avtomobili ilə “VAZ-2106” markalı avtomobil toqquşub.
Nəticədə sürücülərdən biri ölüb, iki nəfər isə xəsarət alıb.
Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ölən və yaralanan şəxslərin şəxsiyyətləri hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.