Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, TƏBİB sədri İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə Mərkəzin maliyyə məsələləri üzrə direktor müavini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Zaur Əliyevin digər əmri ilə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub.
Qeyd edək ki, Fərman Məmmədov bundan əvvəl "Azərişıq" ASC-də çalışıb.
