Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində nəzərdə tutulan 1 042 ailəlik yaşayış məntəqəsinin - birinci mərhələdə 635 ailənin - sahədaxili və evlərə qaz xəttinin çəkilməsi ilə bağlı tender elan edib.
Oxu.Az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 4 milyon 68 min 959.78 manat təşkil edir.
Satınalmaya 15 yanvar 2026-cı il tarixində yekun vurulacaq.
Elmidar Əliyev