23 
İyn
2023
17:36
37
19
2406
Virtual karabakh

“CinemaPlus” Barselonada keçirilən “CineEurope” sərgisində iştirak edib - FOTO

23 İyn, 2023
17:36
2406

“CinemaPlus” Barselonada keçirilən “CineEurope” sərgisində iştirak edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” bu il İspaniyanın Barselona şəhərində ənənəvi keçirilən və dünyanın bir çox ölkəsinin iştirak etdiyi “CineEurope” beynəlxalq sərgisində Azərbaycanı təmsil edib.

“CineEurope-2023” tədbirində Hollivud və Avropa studiyalarının kino sənayesində ən yaxşı studiya nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunur.

“The Film Expo Group” tərəfindən yaradılmış “CineEurope 38” Avropa ərazisində film sərgi iştirakçılarının və onların milli assosiasiyalarının məhsullarının nümayişini təmin edən Beynəlxalq Kino İttifaqının (UNIC) rəsmi tədbiridir.

Sərgidə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunan filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında “Universal Pictures”, “Sony Pictures”, “The Walt Disney Company”, “Paramount Pictures” və “Warner Bros.” studiyaları yer alıblar. Bundan başqa nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.  

“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək, bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edəcək.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri