İspaniya millisinin gənc hücumçusu Niko Uilyams "Barselona" klubu ilə razılaşıb.
Bu barədə idman jurnalisti Fabrizio Romano özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, tərəflər arasında razılıq əldə olunub və Niko Uilyams yeni mövsümdən etibarən "Barselona" klubunda çıxış edəcək.
Qeyd edək ki, Niko Uilyams "Atletik Bilbao" klubunun yetirməsidir.