Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ahıl və tənha vətəndaşlara qarşı 55 min manatdan çox dələduzluq edən qadın saxlanılıb
Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir kuryer saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı paytaxt sakini Viktoriya Rzayeva saxlanılıb.
Müəyyən edilib ki, V.Rzayeva "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində V.Rzayeva 38 700 manat, 6 400 manat və 10 050 manat olmaqla ümumilikdə üç vətəndaşa 55 150 manat maddi ziyan vurub.
Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. V.Rzayeva bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb.
Qeyd edək ki, paytaxt ərazisində polis əməkdaşları tərəfindən bir müddət əvvəl həyata keçirilən tədbirlərlə "Telegram" sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən daha 14 nəfər saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib
- Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
- Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?
- Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var
Rəylər