26 
Sen
2023
20:10
85
18
4232
Virtual karabakh

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirildi - FOTO

26 Sen, 2023
20:10
4232

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, Gənclik Mallda yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 28-dən etibarən Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediya filminin Azərbaycan dilində nümayişi başlayacaq.

Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub.

Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları çəkilib.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Çəkilişlər Xocavənd rayonunun Hadrut kəndində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Ekran işinin beynəlxalq premyerası 2022-ci il noyabrın 4-də “Qorqud Ata” Türk Dünyası Film Festivalında baş tutub və əsərin rejissoru, ssenari müəllifi V. Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri