Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Nazik mətləb” filminin imza günü baş tutub - FOTO
Görkəmli yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin imza günü baş tutub.
Aktyorların iştirakı ilə keçən tədbirə kinosevərlər böyük maraq göstərib. “Dəniz mall”da yerləşən “Cinema Plus”da gerçəkləşən imza gününə baş rol ifaçısı, Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Sevinc Əliyeva, Cavidan Kəsəmənli və müğənni Nərmin Kərimbəyova qatılıb. Aktrisa kimi ilk dəfə bu filmdə tamaşaçı qarşısına çıxan N.Kərimbəyovanın bu istedadı xüsusilə bəyənilib.
Filmin baş prodüseri Hüseyn Cavadzadənin sözlərinə görə, “Nazik mətləb” filminin növbəti təqdimatı Gəncədə gözlənilir:
“Nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da nümayiş olunacaq. İlk səfərimiz isə Gəncədir. İstəyirəm ki, aktyorlarımızla birlikdə bölgələrdə yaşayan tamaşaçılarımızla da görüşək, birlikdə filmi izləyək”.
Qeyd edək ki, ekran işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.
Süjet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq, onlar hər dəfə üz-üzə gəlir və yenidən ayrılırlar. Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur. Filmdə baş rollarını Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir. Filmdə aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.
“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"
- Pəri Xudiyeva: "Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik"
Rəylər