Noyabrın 17-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısını təqdim edirik:
“Menyu” triller filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 17-dən etibarən ABŞ istehsalı olan “Menyu” triller filminin nümayişi başlayır.
Filmin rejissoru: Mark Maylod.
Baş rollarda: Anya Teylor Coy, Reyf Fayns, Nikolas Xolt, Con Lequizamo, Eymi Karrero.
Müddəti 120 dəqiqə. Yaş həddi 16+
Film haqqında qısa məlumat: Varlı gənc cütlük qonaqlar üçün gizli menyu hazırlayan məşhur ekssentrik aşpazın dəbdəbəli yeməklərini dadmaq üçün uzaq bir adada yüksək səviyyəli restorana gəlir. Dünyanın hər yerindən zəngin insanlar bura toplanır, çünki aşpazın kulinariya sənətinə yanaşması həqiqətən unikal hesab olunur. Ancaq heç kim nahar zamanı baş verən şok sürprizlərə hazır deyil. Şam yeməyi yaşam uğrunda əsl mübarizəyə çevrilir.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:
“Android” link əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012-499-89-88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.