29 
Okt
2018
16:34
188
34
25935
Virtual karabakh

Azərbaycanda keçmiş icra başçısı axtarışa verildi

29 Okt, 2018
16:34
25935

Azərbaycanda keçmiş icra başçısı axtarışa verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər məhkəməsində 1992-ci ildə Ağcabədi rayonunun icra başçısı işləmiş Münsif Məmməd oğlu SəfərovRüstəm Ərəstun oğlu Bayramovun məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, təqsirləndirilən M. Səfərov məhkəmə iclasına üzrlü səbəb olmadan gəlməyib. 

Hakim qeyd edib ki, onun barəsində əvvəlcə məcburi gətirilmə qərarı da çıxarılıb.

Bundan sonra məhkəmə M. Səfərov barəsində həbsli axtarış qərarı çıxarıb. Onun haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

M. Səfərovun vəkili Rəna Məmmədova isə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsinə etiraz edib. O deyib ki, M. Səfərov hazırda səhhəti ilə əlaqədar xəstəxanadadır və bu barədə rəsmi sənədlər məhkəməyə təqdim olunacaq.

Məhkəmə iclası qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. 

İttiham aktına görə, Fərabi Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R. Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, M. Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri