29 
İyl
2020
18:30
445
35
4433
Virtual karabakh

Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs həbs edilib - VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlaması ilə məşğul olan Şirvan sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib.

Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri