17 
Noy
2020
16:55
33
652
22273
Virtual karabakh

Bakıda iş adamının intiharının şok təfərrüatı: Biləklərində təzə kəsiklər... - YENİLƏNİB + FOTO/VİDEO

15 noyabrda Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov silahını götürərək, başına atəş açıb.

R.Əliyevin cəsədi saat 16:00 radələrində tapılıb.

Rayon prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.

Həmçinin, məlum olub ki, R.Əliyev qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.

Qeyd edək ki, bu tikinti şirkəti “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.

Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.

Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.

Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.

Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.

Ramella İbrahimxəlilova

14:30

Nəsimi rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı prokurorluq məlumat yayıb.

Nəsimi rayon prokurorluğundan bildiriblər ki, noyabrın 15-də saat 16.00 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri