Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, o, İkinci Fəxri xiyabanında torpağa tapşırılıb.
14:09
Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabanına aparılır.
12:54
Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərhum ilə vida mərasimində ailə üzvləri, yaxınları, Mədəniyyət nazirliyinin üzvləri iştirak edirlər.
Xatırladaq ki, Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
10:10
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın dəfn yeri məlum olub.
Bu barədə Oxu.Az-a Xalq artistinin ailə üzvləri tərəfindən məlumat verilib:
“Rəfiqə Axundova ilə vida mərasimi bu gün 12:00-da Təzəpir məscidində keçiriləcək. Daha sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq”.
10:01
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.
Bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat veriblər.
Qeyd edək ki, R.Axundova 1931-ci ildə Bakı şəhərində anadan olub.
O, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. O, “Ayişə” və “Gözəllər gözəli”, “Fanni” (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), “Gülşən” (“Gülşən”, S.Hacıbəyov), “Gülyanaq” (“Qız qalası”, Ə.Bədəlbəyli), “Şirin” (“Məhəbbət əfsanəsi”, A.Məlikov), “Zarema” (“Baxçasaray fontanı”, B.Asafyev), “Jizel” (“Jizel”, A.Adan) və s. rollarının ifaçısı olub.
Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (1968, T.Bakıxanov), “Qobustan kölgələri” (1969, F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (1969, R.Hacıyev), “İldırımlı yollarla” və “Yeddi gözəl” (1975, 1978, Q.Qarayev), “Babək” (1986, A.Əlizadə), “Şelkunçik” (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” (1976) baletlərinin quruluşunu verib.
Həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər