2026-cı il model "QX80" premium SUV seqmentində zərif dizaynı, üç sıra üzrə yüksək komfortu və innovativ sürücü dəstəyi texnologiyalarını bir araya gətirir.
Dəbdəbəyə yeni baxış
"INFINITI"nin "Artistry in Motion" dizayn fəlsəfəsini əks etdirən "QX80" möhtəşəm görünüşü və incə işlənmiş detalları ilə seçilir. Bambuk meşəsindən ilhamlanan ikiqat tağ formalı ön radiator barmaqlığı, rəqəmsal piano dillərini xatırladan LED gündüz işıqları və arxa hissədə 300-dən çox LED elementindən ibarət işıq xətti. Gizli qapı tutacaqları və işıqlandırılan "INFINITI" emblemi dizaynın müasir üslubunu tamamlayır.
"Premium SUV seçərkən nələrə diqqət etməli? "INFINITI QX80"in təqdim etdiyi 5 fərqli üstünlük"
1. Üç sıra boyunca birinci sinif komfort;
"QX80" salonunda yüksək keyfiyyətli dəri, ağac və yumşaq toxunuşlu materiallar texnologiya ilə harmonik şəkildə birləşir. İki ədəd 14.3 düymlük ekran, iqlim və oturacaq funksiyalarının idarə edilməsi üçün ayrıca 9 düymlük sensor panel, panoram tavan və 64 rəngli atmosfer işıqlandırması komfortu daha da artırır.
2. Klipsch ilə fərqli səs təcrübəsi;
"QX80" üçün nəzərdə tutulmuş "Klipsch" premium audio sistemləri musiqini daha dolğun və aydın səsləndirir. Seçilmiş komplektasiyalarda 24 dinamikli, 1 200 Vt gücündə "Klipsch Reference Premiere" sistemi və "Individual Audio" funksiyası mövcuddur. Bu texnologiya sürücüyə naviqasiya göstərişlərini və ya telefon danışığını digər sərnişinlərin dinlədiyi musiqidən ayrıca eşitmək imkanı verir.
3. 450 at gücü ilə inamlı hərəkət;
3.5 litrlik V6 iki turbolu mühərrik 450 at gücü və təxminən 700 Nm fırlanma anı hasil edir. Doqquzpilləli avtomatik transmissiya güclü sürətlənməni rahat idarəetmə ilə birləşdirir. Mövcud elektron pnevmatik asqı və "Dynamic Digital Suspension" sistemi yol şəraitinə uyğunlaşır.
4. Görünüşü genişləndirən ağıllı texnologiyalar;
"Front Wide View" sistemi dar məkanlarda ətrafı daha geniş bucaq altında görməyə kömək edir. "Invisible Hood View" texnologiyası isə avtomobilin ön hissəsinin altındakı sahəni ekranda göstərərək maneələrin daha rahat seçilməsini təmin edir. 3D "Around View Monitor" parklanma və manevrlər zamanı ətraf mühitin müxtəlif rakurslardan izlənilməsinə şərait yaradır.
5. Yeni SPORT versiyası: daha cəsarətli üslub;
2026-cı il "QX80" ailəsinə əlavə edilən "SPORT" versiyası tünd xarici dekor elementləri, yenilənmiş ön bamper, fərqli radiator barmaqlığı və xüsusi dizaynlı 22 düymlük disklərlə seçilir. Salonda "Dusk Blue" rəng həlli, açıq məsaməli ağac dekoru və fərqli oturacaq işləmələri idman ruhunu premium atmosferlə birləşdirir.
"Yeni "INFINITI QX80" satışdadır. Avtomobillə yaxından tanış olmaq, mövcud komplektasiyalar və fərdi satış təklifi haqqında məlumat almaq üçün "Nurgün Motors"un "INFINITI" salonu ilə əlaqə saxlayın .
1) 934
2)+99477 555 65 60
3) " https://www.infiniti-azerbaijan.com/
Qeyd: "Nurgün Motors" Azərbaycanda "INFINITI" brendinin rəsmi distribütorudur