Azərbaycanın ilk heyvan bağçası olan "Ali's Friends" məkanında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün heyvanlarla ünsiyyət və emosional əlaqənin formalaşmasına yönəlmiş sosial layihə təşkil olunub.
Bağçanın rəhbəri, həm də həkim Çəmən Qəmbərovanın sözlərinə görə, heyvanlarla təmas uşaqlarda qorxunun azalmasına, emosional rahatlığa və güvən hissinin formalaşmasına kömək edərək terapevtik təsir göstərir.
Bu cür görüşlər uşaqların sosiallaşmasına, mərhəmət hissinin inkişafına və emosional sabitliyin formalaşmasına da müsbət təsir edir.
O, həmçinin layihənin həyata keçirilməsində dəstək olan "Melior Kids" uşaq psixoloji mərkəzinin rəhbəri psixoloq Fidan xanıma, mərkəzin mütəxəssislərinə və valideynlərə birgə əməkdaşlığa görə təşəkkür edib.
Belə sosial təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox faydalıdır.