“CityPark” #ByCafeCity restoranının mətbəxində “ən yaxşı baş aşpaz” adı uğrunda 2 gün əsl mübarizə getdi. Baş aşpazlarının yaradıcılıq qabiliyyətini yoxlamaq istəyən rəhbərlik müsabiqə keçirdi.
İştirakçılara yaradıcılıq sahəsində bütün imkanlarını səfərbər edərək öz müəllif yeməklərini - salat, qəlyanaltı, isti yemək hazırlamaq tapşırığı verildi.
İndi isə daha ətraflı!
İsti avqust günlərinin birində #ByCafeCity aşpazları arasında “Ağpapaqlıların mübarizəsi” adlı qızğın final müsabiqəsi keçirildi. Burada əsas məqsəd aşpazların menyudan kənar yeməkləri bişirmək bacarıqları ilə tanış olmaq, yaradıcılıq qabiliyyətlərini, kulinariya sahəsindəki istedadlarını üzə çıxarmaq idi.
Müsabiqəyə “CafeCity”nin beş filialından, “LaQuzu” restoranından, “CityPark”, “CityPub” və #ByCafeCity-nin mərkəzləşdirilmiş istehsalatından 9 təmsilçi qatılmışdı. İştirakçıların hər biri püşkatma yolu ilə özlərinə nömrə seçmişdilər. Daha sonra bu nömrələr əsasında onların bişirdikləri yeməklər qiymətləndiriləcəkdi.
Münsiflər heyətinin heç bir üzvü hansı aşpazın yeməyini qiymətləndirdiyini bilmirdi.
Münsiflər heyətinin tərkibinə #ByCafeCity rəhbərliyinin üzvləri daxil idi:
İlqar Babazadə - OMG-nin HR direktoru.
Emil Əliyev - #ByCafeCity-nin baş direktoru,
Əkbər Nəcəfov - #ByCafeCity-nin baş direktorunun müavini
Azər Cəfərov - #ByCafeCity-nin keyfiyyət üzrə meneceri
Baş aşpazların hamısı müsabiqəyə böyük məsuliyyətlə yanaşırdılar. Bəziləri bu kimi tədbirdə ilk dəfə iştirak etsələr də həyəcanlarına qalib gələrək öz peşəkarlıqlarını, kreativliklərini, fantaziyalarını və ustalıqlarını lazımınca nümayiş etdirməyi bacardılar.
Qiymətləndirmə meyarları aşağıdakı kimi idi: Yeməyin təqdim olunması (tərtibatı), inqrediyentlərin bir-biri ilə uyğunluq təşkil etməsi, dad.
Ekspertlərin ədalətli qiymətləndirməsindən sonra yekun nəticəyə əsasən qaliblər müəyyən edildi:
1-ci yerin qalibi “CafeCity Gənclik”in baş aşpazı Gündüz Əhmədov oldu. Onun zeytun yağı və laym şirəsindən düzəltdiyi sousla hazırladığı pomidor, xiyar, manqo, bibər, kərəviz, krem pendir, lolla-rossa çələngindən ibarət salatın dadından doymaq olmurdu.
2-ci yerin qalibi “CafeCity Fountain”ın baş aşpazı Samir Məmmədov oldu. O isə toyuq filesi, kus-kus, Mama Sita's sousu və xardalın vəhdətindən hazırladığı qəlyanaltı ilə yadda qaldı.
3-cü yerə “CafeCity Qız Qalası”nın baş aşpazı Ruslan Cəfərov layiq görüldü. O, xüsusi sitrus sousu və çuğundur əzməsi ilə təqdim etdiyi ördək filesi və kartofdan hazırladığı isti yeməklə bütün yaradıcılıq imkanlarını ortaya qoydu.
Qaliblər şirkət tərəfindən pul mükafatına layiq görüldülər. Hər bir iştirakçıya müsabiqədə iştirak etdiyi üçün təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olundu.
Nəzərinizə çatdırmaq istərdik ki, finalda qalib gəlmiş yeməklər “CafeCity”nin yeni menyusuna daxil ediləcəklər.