Son iki ilin yeni avtomobil satışı göstəricilərinə görə, "Changan" brendi üçüncü yerdə qərarlaşaraq 2023 və 2024-cü illərin Azərbaycanda ən çox seçilən avtomobil markalarından biri olub.
2025-ci ilin mart ayı üzrə yeni avtomobil satışı göstəricilərinə əsasən isə, "Changan" markası Azərbaycanda ən çox satılan avtomobil brendi olaraq lider mövqeyə yüksəlib. Bu göstərici "Changan"ın ölkə bazarında sürətlə artan nüfuzunu və müştərilərin brendə olan güvənini bir daha təsdiqləyir.
Bu uğurun davamı olaraq "Changan" brendinin Azərbaycandakı tək rəsmi distribütoru olan "SR Group"un nümayəndə heyəti bu ay Çinin Çunçin şəhərində keçirilən 2025 "Changan Automobile Overseas Partner Conference" tədbirində iştirak edib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş rəsmi distribütorların qatıldığı beynəlxalq tədbirdə "SR Group" iki nüfuzlu mükafata layiq görülüb:
-Bazar payı lideri;
-Ən yaxşı sosial məsuliyyət.
Hər iki mükafat "SR Group"un Azərbaycanda "Changan" brendinin inkişafı, satış göstəriciləri və sosial məsuliyyət sahəsindəki fəallığını əks etdirir. Bu nailiyyət, "SR Group"un peşəkar yanaşması və yerli bazarda qazandığı etimadın göstəricisidir.
"SR Group" olaraq müştərilərimizə yüksək xidmət, innovativ məhsullar və davamlı inkişaf vəd edirik. Azərbaycanda avtomobil sektorunun lider brendlərindən biri olmağımızda bizə dəstək olan hər kəsə təşəkkür edirik.
Əlavə məlumat üçün:
Veb-sayt: changan.az
Ünvan: Əhməd Rəcəbli 40B
Babək pr. 74A
Əlaqə: *5544
012 565 57 73