Kostyum geyinərkən – Siz möhtəşəmsiniz. Xüsusilə, bu, “Pal Zileri” kostyumudursa.
Müasir dünyada idman üslubu və rahatlıq nə qədər yer tutsa da, kişi üçün ən cəlbedici və hər zaman dəbdə olan geyim klassik üslublu kostyumdur. Bunu, ən azından, hər bir xanım təsdiqləyə bilər: sirr deyil ki, hər uğur qazanan bəyin arxasında bir xanım dayanır və çox zaman, həmin bəyin qarderobu da xanım tərəfindən tərtib olunur. Yəqin elə buna görə də, eyni zamanda həm eleqant və təmkinli, həm də cəlbedici kişi obrazı yaradan kostyumlar zirvədən enmir.
Kişi geyimində və xüsusilə də, kostyum mövzusunda, bənzərsiz, dəbli və cazibəli üslub yaradan əlbəttə ki, italiyalılardır. Kişi modasından danışaraq, ilk növbədə məhz onları yada salırıq. Kişi kostyumunu yada salaraq, ilk növbədə “Pal Zileri” brendini düşünürük.
“Pal Zileri” brendi kişi geyiminə özünəməxsus baxışı ilə seçilir. Bu baxışın bünövrəsi – kişi kostyumu ilə uzunmüddətli iş təcrübəsidir. İtaliya tikiş ustalığı ənənələrinin müasir texnologiyalarla birləşməsi “Pal Zileri” brendini İtaliya keyfiyyətinin rəmzinə çevrilməsinə səbəb oldu. İndiyə kimi, brendin məhsulları yalnız İtaliyada istehsal olunur və hər geyimdə əl işindən istifadə olunur.
“Pal Zileri” brendinin təsisçiləri qarşılarına dəbli, fərqli, digər mağazalarda satılan geyimlərə oxşamayan, lakin keyfiyyətinə görə fərdi tikilən kostyumlara bərabər olan geyimlər yaratmaq məqsədi qoyub, bu məqsədə çatıblar. Bu gün “Pal Zileri” dünyanın 80-dən artıq ölkəsində təqdim olunur və xüsusilə brend üçün yaradılan eksklüziv parçalar, mükəmməl biçim və nəciblik ilə fərqlənir.
Brendin Payız-Qış 2022/23 kolleksiyası ilə Neftçilər pr-ti 5a ünvanında yerləşən mağazada tanış ola bilərsiniz.
Tel: +99412 492-22-49
Mob: +99450 385-50-73
Çəkiliş üçün təqdim olunan məkana görə Courtyard Marriotthotelinə minnətdarlığımızı bildiririk.