Göz sağlamlığının qorunması və yaşla əlaqədar yarana biləcək göz xəstəliklərinin erkən aşkarlanması məqsədilə "Dünyagöz" Klinikası 50 yaş və üzəri şəxslər üçün xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində oftalmoloq müayinəsi cəmi 50 AZN təşkil edir. Bundan əlavə, göz sağlamlığının ətraflı qiymətləndirilməsi üçün həyata keçirilən aparat müayinələrinə 50% endirim tətbiq olunur.
Mütəxəssislər bildirirlər ki, 50 yaşdan sonra katarakta, qlaukoma və tor qişa xəstəlikləri kimi görməyə təsir edən problemlərin yaranma riski artır. Bu səbəbdən mütəmadi göz müayinəsindən keçmək, mümkün xəstəlikləri erkən mərhələdə aşkar edərək vaxtında müalicəyə başlamaq böyük əhəmiyyət daşıyır.
"Dünyagöz" Klinikası müasir tibbi avadanlıqlar və peşəkar həkim heyəti ilə pasiyentlərinə yüksək keyfiyyətli oftalmoloji xidmət göstərməyə davam edir.
Kampaniya ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün "Dünyagöz" Klinikası ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: *4469 / (012) 404 44 69