Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Expressbank" ABA tərəfindən dörd nominasiya üzrə mükafatlandırılıb
Ölkənin aparıcı banklarından olan "Expressbank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən ənənəvi tədbirdə mükafatlandırılıb. Bank fəaliyyət göstərdiyi sosial və strateji istiqamətlər üzrə 4 fərqli nominasiyada təltif olunub.
Nominasiyalar aşağıdakı sahələri əhatə edib:
• Korporativ Sosial Məsuliyyət;
• Maliyyə Savadlılığı Dəstəkçisi;
• Təhsil Dəstəkçisi;
• Dayanıqlı Bankçılıq üzrə layihələr.
Bank bu və digər sahələrdəki fəaliyyətinə ciddi önəm verir və daha genişmiqyaslı layihələri həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, "Expressbank"ın fəaliyyəti ötən illərdə də ABA tərəfindən müxtəlif istiqamətlər üzrə müsbət qiymətləndirilib və müvafiq nominasiyalar üzrə mükafatlara layiq görülüb.