Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gənc iş adamı Elnur Badalov kimdir?
Elnur Yusub oğlu Badalov Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Bakı şəhərində məktəbi bitirdikdən sonra 2012-ci ildə “Xəzər Universiteti”nə daxil olub, Universitetin Fəxri təqaüdü ilə təhsil almış, iqtisadiyyat və menecment fakültəsini iqtisadçı-maliyyəçi ixtisası üzrə fərqlənmə ilə bitirib.
Elnur Badalov peşəkar iş həyatına ilk dəfə (2016-2017-ci illərdə) “Baker Tilly” beynəlxalq audit və konsaltinq şirkətləri şəbəkəsinin Azərbaycandakı filialında maliyyə xidmətləri üzrə məsləhətçi vəzifəsi ilə başlayıb. O, 2017-ci ildə həmin şirkətdə uğurlu fəaliyyətinə görə “İlin işçisi” olaraq mükafatlandırılıb.
Akademik fəaliyyətinə 2017-ci ildə “Barattson” beynəlxalq tədris mərkəzinin Azərbaycandakı filialında başlayan cənab Badalov Chartered Financial Analyst (CFA) proqramı üzrə təlimçi-müəllim kimi fəaliyyətə başlayıb. O, akademik fəaliyyətini 2020-ci ildən etibarən “BRIDGE Academy” Təlim Mərkəzində davam etdirib. Beynəlxalq CFA® Sertifikatına malik olan cənab Badalovun 2017-ci ildən bu günədək akademik fəaliyyəti boyunca 250-dən çox tələbəsi olub.
Eyni dövrdə (2017-2020-ci illərdə), cənab Badalov “PAŞA İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətində investisiya analitiki, baş investisiya analitiki, investisiya üzrə kiçik menecer kimi müxtəlif vəzifələrdə çalışıb.
2020-2022-ci illər ərzində “Azərbaycan İnvestisiya Holdinqi”ndə baş strategiya mütəxəssisi, Strategiya və portfelin idarəedilməsi şöbəsinin müdiri, Kommunal xidmətlər portfelinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışan E.Badalov sonuncu təyinatından öncə yəni, 2022-ci ilin aprel ayından noyabr ayınadək “Təmiz Şəhər” ASC-də Strategiya və İnvestisiya Komitəsinin üzvü vəzifəsində də işləyib.
Peşəkar əmək fəaliyyəti ərzində o, 5-dən çox investisiya sövdələşməsində iştirak etmiş, bir neçə dövlət şirkətində transformasiya ofislərinin formalaşdırılmasında, habelə bir sıra şirkətlərin beynəlxalq genişlənmə strategiyalarının hazırlanmasında, problemli aktivlərin maliyyə dayanıqlılığının artırılmasında aktiv rol oynayıb.
Elnur Badalov 2023-cü ilin fevral ayından etibarən isə “Zəhmət Ruzi” MMC-də (SAB) Baş icraçı direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, cənab Badalov ingilis və türk dillərini bilir. Ailəlidir.
Rəylər