Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Greenville Residence”də tam 3 otaqlı mənzil alışında 10 000 AZN HƏDİYYƏ edilir! - FOTO
Xatırlayırsınızmı, mart ayı girməmişdən valideynlərimiz səməni hazırlayar və həftələrlə onun cücərməyini gözləyərdilər. Novruz bayramı qabağı qonşuluqda yaşayan xanımlar toplaşıb şən söhbətlərlə şəkərbura, paxlavanı bişirərdilər, biz isə səbirsizliklə axşamın düşməyini gözləyərdik ki, müxtəlif oyunlar oynayaq. Nə qədər bu ənənələr qədimi olsalar da, müasir evlərimizdə hələ də onları etməyə davam edirik. Novruz bayramında milli şirniyyatları geniş mətbəxinizdə bişirdiyiniz, uşaqların öz otaqlarında yumurta toqquşdurduğu, komfortlu qonaq otağında xonça ətrafında söhbət etdiyiniz və terrasdan tonqalın ətrafındakı bayram ab-havasını seyr etdiyiniz bir mənzil xəyalına daha yaxın olmağınız üçün inşaat şirkəti “Aral Group” unudulmaz xatirələrinizi ailənizlə geniş mənzildə toplamağınız üçün “Bu bayram xəyalınızdakı ev sizə daha yaxındır” kampaniyası ilə 11 mart-8 aprel tarixlərində “Greenville Residence”də kreditlə tam 3 otaqlı mənzil alan hər kəsə 10 000 AZN hədiyyə edir!
Arzuladığınız mənzilə daha rahat sahib olasınız deyə sizə sərfəli ipoteka təqdim edirik. Belə ki, tam 3 otaqlı mənzilə siz ilkin ödəniş 15%-dən və illik 5%-dən başlayan ipoteka ilə sahib ola bilərsiniz.
“Greenville Residence” qapalı yaşayış kompleksinin sakini olan ailələr övladlarının təhlükəsizlikdə və sağlam böyüyəcəklərinə əmin olurlar. Çünki yaşayış kompleksində 24/7 videomüşahidə və mühafizə, avtomobilsiz həyət və bol oksigen əldə edəcəkləri 15 000-dən çox bitki və ağac əkilən istirahət zonası, sağlam həyat tərzi üçün müxtəlif idman meydançaları, 5 km uzunluğunda olan velosiped və qaçış zolaqları, fitnes və SPA mərkəzi, açıq və qapalı hovuzlar, oyun meydançaları mövcuddur. Həmçinin, kompleks daxilində asudə vaxtınızı dəyərləndirə biləcəyiniz dünya üzrə tanınmış brendlərin olacağı ticarət mərkəzi də fəaliyyət göstərəcək.
Xəyalınızda canlandırdığınız mənzilə siz artıq daha yaxınsınız!
Ətraflı: *4242
Rəylər