"Dreamland"də fəaliyyət göstərən "Marga Wellness" mərkəzinin təşkilatçılığı ilə "Marga Baku Longevity Weekend" adlı möhtəşəm sağlamlıq tədbiri keçirilib.
Tədbirdə Türkiyənin tanınmış simaları - Tuba Ünsal, Nesrin Cavadzade, Saadet Işıl Aksoy, Ege Kökenli və azad dalğıc üzrə dünya rekordu sahibi Şahika Ercümen iştirak ediblər. Azərbaycandan isə fəxri qonaq qismində tanınmış sənətçilər Nadir Rüstəmli və Tünzalə Ağayeva yer alıblar.
İştirakçılar elmi əsaslı sağlamlıq tətbiqləri, qolf turniri, "Redlight" terapiyası, "Cold Plunge", "IV Drips" prosedurları, "Longevity Check-Up" və detoks səhər yeməkləri ilə zəngin, unikal bir təcrübə yaşadılar. Axşam saatlarında isə Bakı mənzərələri altında təşkil edilən şəhər gəzintiləri və yerli mətbəxin ləzzətləri tədbirə xüsusi rəng qatıb.
"Marga"nın uzunömürlülük fəlsəfəsi əsasında hazırlanmış bu həftəsonu proqramı fiziki, zehni və sosial rifahı bir araya gətirərək iştirakçılara unudulmaz anlar bəxş edib.