2023-cü ildə uzun danışıqlardan sonra “Grand Automotive Azerbaijan” İtaliyanın idman və biznes sinif avtomobillərinin istehsalçısı “Maserati” ilə rəsmi müqavilə bağlayaraq onun Azərbaycanda eksklüziv distribütoru olub.
Bakıda yerləşən “Maserati” avtomobil butiki keçən ilin noyabr ayında Ağ Şəhərdə öz qapılarını müştərilərinin üzünə açdı və ilk alıcılarını dəbdəbəli avtomobillər dünyasında mükəmməlliyin və innovasiyaların inqilabı sayılan “Maserati Grecale” ilə tanış edib.
“Maserati Grecale Maserati” üçün xarakterik olan əsas xüsusiyyətləri - yüksək performans, zəriflik və dəbdəbəni özündə birləşdirərək avtomobil sənayesində yeni inkişaf mərhələsini simvolizə edir, cəmləşdirir və Azərbaycanda avtomobil butikinin açılması “Maserati” üçün ölkəmizdə yeni eranın başlanğıc nöqtəsi, həmçinin müştərilərə innovativ təcrübələr təqdim etməyə yönəlmiş brendin yeni diler konsepsiyasının təcəssümü olub.
Buna ilk əmin olanlar ötən həftəsonu “Maserati” brendinin pərəstişkarlarının, Azərbaycanın aparıcı avtobloqerlərinin, influencerlərin və media nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasiminin qonaqları oldu, onlar həm də “Maserati Grecale” avtomobilinin test sürüşündə aktiv iştirak ediblər.
Qonaqlara “Maserati” avtomobil brendinin dünya bazarında inkişafı və yaranma tarixi haqqında, həmçinin “Grand Automotive Azerbaijan”ın yaxın planları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, yeni açılan avtomobil butiki müvəqqəti xarakter daşıyır - 2024-cü ilin may ayında tamamilə yeni “Maserati 4S” mərkəzinin açılışı planlaşdırılır, onun tikintisi sürətlə gedir və burada daha da geniş “Maserati” model çeşidi təqdim olunacaq. Yeni “Maserati” pərakəndə konsepti əsasında hazırlanan gələcək salon Qafqaz regionunda ən böyük “Maserati” salonuna çevriləcək - təkcə sərgi salonunun sahəsi 500 kvadratmetr təşkil edəcək və burada avtorizə olunmuş “Maserati” servisi də fəaliyyət göstərəcək.
Məlumdur ki, yazda Bakıda “Maserati GranTurismo”nun təqdimatı keçiriləcək, yayda isə super idman avtomobili “Maserati MC20” təqdim olunacaq.
Vurğulayaq ki, alıcılara yuxarıda qeyd olunan “Maserati Grecale” və Bakıda təqdim olunan digər “Maserati” modellərinin müxtəlif komplektasiyalarını əvvəlcədən sifariş vermək imkanı verilir.
Ünvan: Ağ şəhər, 1-ci Yaşıl ada küçəsi, Fəvvarələr meydanı.
Ətraflı məlumat üçün əlaqə nömrəsi *5888
“Intagram” - Maserati.Baku
“Facebook” - Maserati Baku