Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nə üçün texnikanı rəsmi pərakəndə satış mağazalarından almaq daha sərfəlidir?
Elektron məhsulları almaq çox zaman baha başa gəlir, bu səbəbdən istifadəçilər adətən qeyri-rəsmi tərəfdaşlara və ya məhsulu ucuz qiymətlə təklif edən şəxslərə yönəlirlər. Lakin rəsmi satıcılarla müqayisədə “qara bazar”ın alıcılar üçün üstünlükləri elə də çox deyil.
Təhlükəsizlik
Rəsmi satış kanallarının lehinə olan ən birinci arqument orijinal və yüksək keyfiyyətli mal almaq imkanıdır. “Qara bazar”dan əldə etdiyiniz avadanlıq saxta, işlənmiş və ya təmir edilmiş məhsul ola bilər. Rəsmi mağazalarda bu vəziyyət praktikada istisna edilir. “Rəsmi tədarükçü” statusunu əldə etmək üçün pərakəndə satış şəbəkələri satdıqları məhsullar ilə əlaqəli ciddi keyfiyyət və yüksək müştəri xidməti standartlarına cavab verməlidirlər. Bu cür icazəni əldə etmək elə də asan deyil və ona sahib olan ticarət şəbəkələri bu statusu yüksək qiymətləndirirlər. Bu səbəbdən onlar “qara bazar”dan əldə olunmuş bir məhsulu orijinal adı altında sizə sataraq etibarlarına xələl gətirməzlər. Rəsmi pərakəndə satış şəbəkələrinin mağazalarından texniki avadanlıq alarkən, onun mənşəyinin məlum olduğuna və bütün təhlükəsizlik standartlarına cavab verdiyinə əmin ola bilərsiniz. Həmin avadanlıqlarda əvvəlcədən quraşdırılmış fişinq proqramları, viruslar və s. olmur.
“Lenovo” notbukunun orijinallığını necə yoxlamaq olar
• Hər bir cihazın özünəməxsus seriya nömrəsi olur və bu nömrə vasitəsilə istehsalçı şirkətin rəsmi saytından (https://pcsupport.lenovo.com/us/en/warrantylookup#/) və ya səlahiyyətli servis mərkəzindən məhsulun mənşəyi və hansı ölkə üçün nəzərə tutulması barədə məlumat əldə edə bilərsiniz.
• Məhsulu yoxlayaraq. Azərbaycana rəsmi şəkildə gətirilən cihazların klaviaturalarında həm ingilis, həm də kiril əlifbaları mövcud olur.
• Azərbaycan və Mərkəzi Asiya regionu üçün istehsal olunan notbuk modellərinin adındakı kod (part number) RK, RU, KZ ilə bitə bilər. Cihazınızın kodu başqa hərf kombinasiyalarndan ibarət olarsa (Böyük Britaniya, ABŞ və s.), bu, “qara bazar” üçün gətirilən məhsuldur.
• Rəsmi proqram təminatının olması.
Zəmanət
Rəsmi mağazalardan əldə olunan texniki avadanlıqlar istehsalçı zəmanətinə malik olur, bu o deməkdir ki, cihazda problem yaranarsa, rəsmi servis mərkəzinə müraciət edərək pulsuz və ya cüzi bir ödəniş qarşılığında xidmət görə və cihazı təmir etdirə bilərsiniz.
“Lenovo”nun Azərbaycandakı rəsmi servis mərkəzləri:
- Azerbaijan Technology Solutions Baku, AZ1025, A. Cəlilov küç., 32, +(99412) 490-34-95/96
- DiVi Corporation, AZ1022, Rəşid Behbudov küç., 89B, +(99412) 497 31 21
- BestComp Group, AZ1007, Feyzulla Gasımzadə küç., 47X, +(99412) 541 57 57
Rəsmi mağazalar məhsul hər-hansı səbəbdən uyğun gəlməzsə və ya qüsurlu olarsa (Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 15-ci maddəsinə əsasən), müştərilərinə həmin məhsulu dəyişdirmək və qaytarmaq imkanı verir. Qeyri-rəsmi tədarükçülər isə çox zaman heç bir təmir xidməti təklif etmirlər.
Rəylər