Qida məhsullarının üzərinə vurulan yazılar və nişanlar etiketlənmə adlanır və bu məlumatlar qidanın "şəxsiyyət vəsiqəsi" hesab olunur.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu məhsullar üzərinə qoyulan tələblə bağlıdır.
Yəni qərara əsasən, qida məhsullarının tərkibində allergiyaya və ya dözümsüzlüyə səbəb ola bilən maddələr varsa, bu barədə məlumat etiketdə mütləq göstərilməlidir.
Təsdiq edilən siyahıya əsasən, əsas allergenlər bunlardır:
- Qlütən tərkibli taxıllar - buğda, çovdar, arpa, yulaf və onlardan hazırlanan məhsullar;
- Xərçəngkimilər və onlardan alınan məhsullar;
- Yumurta və yumurta məhsulları;
- Balıq və balıq məhsulları;
- Yerfındığı və ondan hazırlanan məhsullar;
- Soya və soya məhsulları;
- Süd və süd məhsulları, o cümlədən laktoza;
- Qərzəkli meyvələr - badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, püstə, makadamiya və s.;
- Kərəviz;
- Xardal;
- Küncüt;
- Müəyyən miqdardan artıq kükürd dioksid və sulfidlər;
- Acı paxla və acı paxla məhsulları.
- Molyusklar və onlardan alınan məhsullar.
Yəni məhsulun tərkibində bu maddələrdən hər hansı biri varsa, istehlakçı bundan etiket vasitəsilə xəbərdar edilməlidir.