Dünyada insanların gündəlik həyatlarını daha da asanlaşdırmaq üçün xidmət sektorunun mövcud sahələri daha da mükəmməlləşir və gündən-günə yeni xidmət sahələri yaranır.
Bu sahələrdən biri də elektron ticarətdir. Təbii ki, elektron ticarət artıq 25 ilə yaxındır ki, mövcuddur. 1995-ci ildən etibarən bütün dünyada internet istifadəçiliyinin artmasından sonra ortaya çıxan bu konsepsiya hər gün öz xidmət səviyyəsini daha da artırır.
Ölkəmizdə elektron ticarətin yaşı 10 ildən artıq olmasına baxmayaraq, bu sahə bizdə dünyada olduğu qədər populyar deyil. Bu, internet istifadəçilərinin az olmasından və ya insanların bəzi tərəddüdlərindən irəli gələ bilər. Ancaq bu gün bu ön mühakimə yavaş-yavaş qırılır, çünki insanlar rahatlığa tez alışırlar.
Əlbəttə, biz bilirik ki, elektron ticarət vaxtımıza, pulumuza və əsəblərimizə qənaət edirik, əlbəttə ki, belə alış-verişi güvəndiyimiz platformalarda həyata keçirmək hər birimizin arzusudur. Buna baxmayaraq, nə isə bizi onlayn alış verişdən saxlayır. Nə? Güvənsizlık, aşağı səviyyəli xidmət?
Onlayn alış-verişi təklif edən saytlar Azərbaycanda son illərdə gündən-günə artır. Yalnız onların arasında real iş görən, müştərilərə keyfiyyətli xidmət göstərənlərin sayı olduqca azdır.
Ötən həftənin sonu İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatı olan NETTY-2018 qaliblərə təqdim olundu. Bu tədbir 2018-ci ildə artıq 14-cü dəfə keçirildi.
Təqdimatda elektron ticarət sahəsini təmsil edən və yalnız xidmət nominasiyasında öz namizədliyini irəli sürən “Shop.az” saytı diqqətimizi çəkdi. “Shop.az” NETTY2018 “Servis-sayt” nominasiyası üzrə qalib adına layiq görüldü.
Niyə məhz xidmət? Bu suala cavab vermək məqsədilə biz “Shop.az” saytı ilə daha yaxından tanış olduq.
“Shop.az” ilk dəfə olmayanı yaratdı, onlayn ticarət mərkəzini sizin xidmətinizə verdi. İlk baxışdan diqqətimizi çəkən məqam o oldu ki, onlar özləri mal gətirmir və bizlərə satmağa çalışmır.
Saytın məqsədi mağazalarda olan malları, alıcıların rahatlığı üçün bir yerə toplamaqdır, həm alıcılara, həm də mağazalara yüksək xidmət göstərməkdir. Sayt özünü onlayn Ticarət mərkəzi adlandırır. Yəni şəhərdə və hətta bölgələrdə yerləşən, mağazanın saytı olub-olmamasından asılı olmayaraq, bütün fiziki mövcud olan dükanlar öz adları, qiymətləri və nüfuzları ilə bir sayta toplanır.
Saytın bir il fəaliyyət göstərməsinə baxmayaraq, “Shop.az” 150-dən çox mağazanı bir yerə toplayıb, 600 kateqoriyada 10 minlərlə məhsulu alıcıların diqqətinə təqdim edir.
Beləliklə, alıcı və satıcıları zaman, məsafə problemi yaşamadan, 24 saat görüşdürən platformaya çevrilib. “Shop.az”ın mağazalara təqdim etdiyi xidmət təqdirəlayiqdir. Çünki bir çox mağazalar bəzən öz saytlarını yaratmaq problemi ilə üzləşir. Hətta yaratdıqdan sonra da səhifəni aktual vəziyyətdə saxlamaq problemi mağazaların onlayn çıxışını ciddi əngəlləyir.
“Shop.az”ın gördüyü qiymətsiz iş, məhz bu problemi aradan qaldıraraq alıcılara rahatlıq yaratmaqdır. Bundan başqa, mağazalar platformadan istifadə edərək öz yeni malları, endirimləri, kampaniyaları ilə alıcılarını anında xəbərdar etmək imkanına malikdir.
Qeyd etmək istərdik ki, bir neçə ay əvvəl sayt MilliNet tərəfindən elektron ticarətdə ilin ən yaxşı saytı seçildi. Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır.
Düşünürük ki, bu cür proyektlərin diqqətdən kənar qalmayaraq mükafatlandırılması, onları daha da həvəsləndirərək, işlərini mükəmməlləşdirməyə stimul verəcək və bu sektorda xidmət səviyyəsi artdıqca onlayn alış-verişin, ümumi alış-verişdəki həcmi surətlə yüksələcək.