"Ozon Azərbaycan" alıcıları üçün şərtlərin yaxşılaşdırıldığını elan edir: marketpleys çatdırılmanı pulsuz edib, vitrini tam olaraq dövlət dilinə tərcümə edib və geri qaytarma prosesini sadələşdirib - indi müştərilər məhsullarını tərəfdaşların mal təhvili məntəqələrinə qaytara bilərlər. Bu dəyişikliklər platformada həyata keçirilən alış-verişi Azərbaycan istifadəçiləri üçün maksimal dərəcədə əlçatan və şəffaf edir.
"Ozon Azərbaycan"ın müştəriləri üçün əsas yeniliklərdən biri pulsuz çatdırılmadır. Marketpleys, əvvəllər sifariş rəsmiləşdirilərkən tutulan 1.99 AZN məbləğində sabit ödənişi ləğv edib. İndi Azərbaycandan olan müştərilər əlavə çatdırılma xərcləri çəkmədən alış-veriş edə bilərlər.
Pulsuz çatdırılma ilə yanaşı, platforma marketpleysin vitrinini lokallaşdıraraq Azərbaycan dilində təqdim edib. Artıq istifadəçilər malları həm veb-saytda, həm də tətbiqdə axtara və sifarişlərini ana dillərində rəsmiləşdirə bilərlər.
Bundan əlavə, "Ozon" geri qaytarılma imkanlarını da genişləndirib. Əvvəllər alıcılar yalnız poçt vasitəsilə qaytarılma xidmətindən istifadə edirdilərsə, indi məhsulları Azərbaycan üzrə tərəfdaşların 700-dən çox mal təhvili məntəqələrindən birinə qaytarmaq mümkündür - sadəcə evinizə ən yaxın ünvanı seçin.
"Ozon" şirkəti 2024-cü ilin avqust ayından etibarən Azərbaycanda fəaliyyət göstərir.
"Ozon" inkişaf etmiş logistika şəbəkəsinə malik çox kateqoriyalı marketpleysdir. Şirkət Qazaxıstan, Ermənistan, Belarus, Rusiya, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Türkmənistan, eləcə də Çin və Türkiyədə fəaliyyət göstərir. Platformada kitab və geyimdən tutmuş qida və sağlamlıq məhsullarına qədər 20-dən çox kateqoriya üzrə 400 milyondan çox məhsul təklif olunur. Artıq 67 milyon aktiv müştəri "Ozon"un inkişaf etmiş logistika infrastrukturu vasitəsilə sifarişlərini qəbul edir. Bu logistika imkanları 750 mindən çox sahibkara məhsullarını Rusiya və MDB ölkələrində satmağa imkan verir.