Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pensiya, sosial yardım, müavinət alanlara şad xəbər!
Pensiya, müavinət, təqaüd, sosial yardım alan, əlilliyi olan şəxslər, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri "Bazarstore"da satılan məhsulları endirimli qiymətlərlə əldə edə bilərlər. Bunun üçün onlar alış-veriş etdikdən sonra sosial ödəniş kartı ilə, yəni pensiya, müavinət, sosial yardım aldıqları kartla nağdsız qaydada ödəniş etməlidirlər. Alış-verişi sosial ödəniş kartı ilə reallaşdırdıqda həm "Bazarstore"un bütün müştərilər üçün təklif etdiyi endirimlərdən, həm də əlavə olaraq sosial tərəfdaş kimi sosial ödəniş alanlar üçün nəzərdə tutulan güzəştlərdən faydalanmaq mümkündür.
Ölkənin hər yerində satış nöqtələri olan "Al market"də də sosial ödəniş alan şəxslərə endirimlər tətbiq edilir. Pensiya, müavinət və yaxud sosial yardım aldığınız kartdakı pulu hər hansı başqa karta köçürmədən məhz bu kartla "Al market"dən nağdsız qaydada alış-veriş etdikdə endirimlərdən faydalanmaq imkanı qazanacaqsınız.
Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni kartla 850 mindən çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
"Sosial tərəfdaş" layihəsi çərçivəsində çoxsaylı endirimlər təklif edən marketlərin siyahısı ilə dsmf.gov.az saytına daxil olaraq "Sosial tərəfdaş endirim" bölməsində tanış olmaq mümkündür.
Rəylər