Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Seneqal Fransa ordusunun ölkədə olmasından narazıdır
Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransa hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.
Oxu.Az bu barədə AP agentliyinə istinadən xəbər verir.
"Seneqal müstəqil, suveren ölkədir və suverenlik hərbi bazaların mövcudluğuna imkan vermir", - deyə ölkə prezidenti Bassiru Diomay Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.
O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə yaxşı və konstruktiv münasibətlərini nümunə gətirib və sonra qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.
Fay, həmçinin bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə Fransadan rəsmi üzr tələb etmək hüququ var. Seneqal keçmiş Fransa müstəmləkəsidir.
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- Yeni Kaledoniyanın bayraq israrı - Fransanın tələbi rədd edilir
- BTQ-nin rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib
- Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verdi
- Fransız Polineziyası Parisə "yox" deyir - Ada müstəqil olmaqda israrlıdır
- Fransa tarixinin ən uğursuz prezidenti – Saxta demokrat, gerçək diktator