Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"TABIA Group" və "Hilton" arasında memorandum imzalandı
Azərbaycanın aparıcı qonaqpərvərlik aktivlərinin idarəetmə şirkəti olan "TABIA Group" və dünya üzrə tanınmış hotellər brendi "Hilton" ölkənin qonaqpərvərlik sənayesində yeni bir səhifə açan mühüm əməkdaşlıq memorandumunu imzalayıb. Memorandum "TABIA Group"un baş icraçı direktoru və İdarə heyətinin sədri Uygar Koçaş və "Hilton"un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə vitse-prezidenti Mike Collini tərəfindən "TABIA Group" tərəfindən idarə olunan və yeni açılmış "Hilton Garden Inn Baku" hotelində imzalanıb.
Bu strateji əməkdaşlıq çərçivəsində "TABIA Group" Azərbaycanın qonaqpərvərlik sənayesində mövqeyini daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyir. Razılaşmaya əsasən, "TABIA Group"un idarəçiliyində olan iki şəhər mehmanxanası tezliklə "Curio Collection by Hilton" və "DoubleTree by Hilton" brendləri altında bazara təqdim olunacaq. Bu genişlənmə Azərbaycanda beynəlxalq mehmanxana standartlarını daha da yüksəltməklə yanaşı, ölkənin turizm potensialının inkişafına töhfə verəcək və daha geniş qonaq auditoriyasını cəlb edəcək.
"TABIA Group"un baş icraçı direktoru və İdarə heyətinin sədri Uygar Koçaş bu tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
"Hilton" ilə əməkdaşlığımız, Azərbaycanın qonaqpərvərlik sənayesində keyfiyyət və müxtəlifliyi artırmaq istiqamətində uzunmüddətli strategiyamızın əsas mərhələlərindən biridir. "Curio Collection" və "DoubleTree" kimi qlobal brendlərin portfelimizə əlavə olunması ilə biz bazara unikal xidmətlər, fərqli qonaq təcrübələri və həm yerli, həm də beynəlxalq səyahətçilər üçün yeni imkanlar təqdim edirik".
"Hilton"un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə vitse-prezidenti Mike Collini isə bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək deyib:
"Hilton" dinamik bazarlarda, o cümlədən Azərbaycanda inkişafını genişləndirməyə uzunmüddətli sadiqliyini davam etdirir. Qonaqpərvərlik sahəsində uğurlu təcrübəyə malik "TABIA Group" ilə tərəfdaşlıq bizə "Curio Collection" və "DoubleTree" kimi tanınmış qlobal brendlərimizi bu inkişaf edən bazara gətirmək imkanı yaradır. Biz qonaqlarımızı bu yeni mehmanxanalarda qarşılamaq üçün səbirsizliklə gözləyirik".
Bu əməkdaşlıq çərçivəsində "TABIA Group"un idarəçiliyində olan "Hilton" mehmanxanalarında qonaqlayanlar "Hilton Honors" - "Hilton"un fərqli imtiyazlar qazandıran sadiqlik proqramının üstünlüklərindən yararlana biləcəklər. Bu proqram üzvlərə eksklüziv təkliflər və fərdiləşdirilmiş təcrübələr təqdim edərək, onların hotellərə səfərlərini daha da yaddaqalan edəcək.
"TABIA Group" haqqında
2016-cı ildə "PMD Hospitality" adı ilə təsis edilən və sonradan yenidən brendləşdirilən "TABIA Group", Azərbaycanın qonaqpərvərlik aktivlərinin idarə edilməsi şirkətidir. Şirkət şəhər mehmanxanaları, kurortlar və sağlamlıq hotellərini əhatə edən geniş portfeli ilə qonaq təcrübəsini, rifahı və dayanıqlı inkişafı ön planda tutan innovativ həllər təqdim edir. "TABIA Group" strateji tərəfdaşlıqlar sayəsində Azərbaycanın qonaqpərvərlik sənayesində yeni standartlar müəyyən etməyə davam edir.
Bu memorandumun imzalanması Azərbaycanın turizm sektorunun inkişafı üçün mühüm addım olmaqla yanaşı, ölkənin beynəlxalq qonaqpərvərlik sahəsində güclənən mövqeyini bir daha təsdiqləyir.
"Azərbaycanda turizm" teqi üzrə xəbərlər
- Koreyalı ilə evlənən azərbaycanlı: "İlk dəfə toya gedəndə dedi ki, bəzənmə"
- Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"
- Bayram günlərində rayonlarda istirahət NEÇƏYƏ BAŞA GƏLİR?
- Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edildi
- Turizm Agentliyində qalmaqal davam edir: Daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI