Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"WESN FİLM Production" istehsalı olan "Cərrah" filmi Azərbaycan həkimlərinə verilən bir dəyərdir
17 iyun Tibb İşçilərinin Peşə bayramı günü ərəfəsində Ümumi Cərrahiyyə uzmanı, cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərova həsr olunmuş sənədli film təqdim olunub. Ekran əsərində azərbaycanlı cərrahın peşə fəaliyyətinin ən incə məqamlarına toxunulub.
Əsas məqsəd müasir günümüzdə Azərbaycanda da kifayət qədər peşəkar və nüfuzlu mütəxəssislərin olduğunu xüsusi vurğulamaq, insanların müalicə və xüsusi əməliyyatlar üçün xaricə üz tutmamasına artıq ehtiyac qalmadığını qeyd etməkdir. Xüsusilə qeyd edək ki, İkinci Qarabağ Müharibəsi zamanı Elmir Əsgərov bir cərrah olaraq əsgərlərimizin yanında olmağı özünə borc bilib, bir sıra ağır əməliyyatları uğurla həyata keçirib. 30 dəqiqəlik ekran işinin ssenarisi real hadisələr üzərində qurulub və təsirli səhnələri ilə bu müddətdə tamaşaçının diqqətini özündə saxlaya bilir. Filmin istehsalçısı "WESN FİLM Produchtion"dır. Quruluşçu rejissoru Aslan Qarayev, montaj rejissoru Polad Elmanoğludur.
"Orqan transplantasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi
- "Buffy" ulduzunun ölüm səbəbi məlum oldu
- Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi
- Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI
- Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?