"Kristal" "Park Yasamal" yaşayış kompleksində tam təmirli və yaşayışa hazır mənzilləri satışa çıxarıb. Layihədəki mənzillər nağd və ya 10 ilədək ipoteka ilə təklif olunur. Bu, həm öz evinə sahib olmaq istəyən gənc ailələr, həm də investorlar üçün əla fürsətdir.

Hazırda "Park Yasamal"da iki otaq studiya mənzil üçün nağd 124 691 manat ödəmək kifayətdir ki, bu mənzil sizin olsun. Avropa brendləri ilə tam təmir olunmuş bu mənzili sərfəli ipoteka şərtləri ilə də əldə etmək mümkündür.
Yasamal rayonunda, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin arxasında yerləşən layihədə 37 kvadratmetrdən başlayaraq iki, üç, dördotaqlı və studiya tipli mənzillər satışdadır.

Qeyd edək ki, mənzillərin təmirində Almaniya istehsalı "Grohe" və "Hansgrohe", Türkiyə istehsalı "Vitra" hamam aksesuarları, İtaliya brendi "Prysmian" yanmayan kabelləri, ABŞ brendi "Guardian Glass" pəncərə şüşələri, İtaliya istehsalı "Gewiss" elektrik açarları, Almaniya istehsalı "Huppe" duş kabinələri kimi beynəlxalq brendlərdən istifadə olunur. Kompleks daxilində geniş yaşıllıq ərazi, məktəb, bağça, iaşə obyektləri və sakinlər üçün digər vacib infrastruktur nəzərdə tutulub.

Ətraflı məlumat və mənzil seçimi üçün *1544 nömrəsinə zəng edin və ya layihənin tikinti ərazisində yerləşən satış ofisinə yaxınlaşın. Kirayəyə yox, öz evinizə ödəyin! Yaşamağa tam hazır, tam təmirli mənziliniz sizi "Park Yasamal"da gözləyir!

Ətraflı: *1544