Rusiyada 73 yaşlı təqaüdçü qəribə dişli balıq tutub. Bu haqda “Moyo! Onlayn” saytı yazır.
Qoca Voronej su anbarında balıqçılıq edibmiş. Bu zaman o çapağa oxşayan balıq tutub. Ən maraqlısı odur ki, balıqın dişləri vardır.
Mütəxəssislərin fikrincə balıq Cənubi Amerikada yaşayan və piranyalar sinfinə aid olan “qəhvəyi paku” ola bilər. Lakin onun Rusiyanın mərkəzi regionuna necə düşməsi heç kəsə məlum deyil.
Təqaüdçü balığı xatirə üçün qurutmaq qərarına gəlib.