Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maşın yağındakı iki santimetr təhlükəsi
Bir çox avtomobil sahibləri mühərrikdəki yağ səviyyəsinə əhəmiyyət vermir və düşünürlər ki, kiçik daşma zərər verməz. Lakin yüksək yağ səviyyəsi, benzin və ya dizel mühərrikindən asılı olmayaraq, ciddi nasazlıqlarla nəticələnə bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
O, mühərrikdə yağ artıqlığının mənfi nəticələrindən danışıb.
"İlk növbədə, həddindən artıq yağ sistemdə təzyiqin artmasına səbəb olur ki, bu da kipkəclərdən ("salnik") və araqatlarından ("prokladka") sızmalara səbəb olur. Ən pis halda isə yağ silindrlərin içinə düşə bilər", - deyə Konstantinov qeyd edib.
Mütəxəssis bildirib ki, yağ səviyyəsi normadan 10-15 mm və daha çox olduqda təhlükə yaranır.
"Bu zaman yağ dirsəkli valın fırlanan hissələri ilə təmasda olur ki, bu da köpüklənməyə və yağlamanın pozulmasına, yastıqların və içliklərin yeyilməsinə səbəb olur. Əgər səviyyə normadan 20 mm və daha çox yüksəkdirsə, mühərrikin zədələnmə riski dəfələrlə artır", - deyə o əlavə edib.
Ekspert daşma zamanı yağın yanma kameralarına, şamlara və klapanlara daha intensiv düşdüyü barədə xəbərdarlıq edib.
"Bu, təkcə mühərrikin səmərəliliyini azaltmır, həm də onun komponentlərinin yeyilməsini sürətləndirir. Nəticədə, vaxtında tədbir görülməzsə, belə vəziyyət mühərrikin tam sıradan çıxmasına və ya bahalı təmirə gətirib çıxara bilər", - deyə Pavel Konstantinov vurğulayıb.
Mövzuya aid xəbərlər
- Qış gəlməzdən əvvəl avtomobilin mühərrik yağını dəyişdirin - Mütəxəssis səbəblərdən danışdı
- Avtomobil üçün aldığınız mühərrik yağı keyfiyyətlidirmi? Bunu evdə yoxlamağın SADƏ ÜSULLARI
- Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi
- Dizel yanacağına mühərrik yağının qatılması avtomobildə hansı fəsadlar yaradır? - VİDEO