Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Soyuqdəyməni müalicə edən möcüzəli bitki
Qara kəndalaş bitkisinin çox faydalı müalicəvi xüsusiyyətləri var. Bu bitki soyuqdəymə və qrip zamanı hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.
Oxu.Az saglamolun.az-a istinadla xəbər verir ki, israilli həkimlər qrip epidemiyası zamanı qara kəndalaşın təsirini yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qrip xəstələrinin bir qrupuna hər gün dörd qaşıq qara kəndalaş ekstraktı, digər qrupa boş həb verilib. 3 gündən sonra qara kəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qripin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.
Qripp və soyuqdəymə zamanı qara kəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 xörək qaşığı meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.
A.S.
www.oxu.az