Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda bir ərazidə evlər söküləcək: Sakinlər narazılıq edirlər
"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi ilə yanaşı, həmin ərazidəki fərdi evlərin də sökülməsi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq bu istiqamətdə bəzi tədbirlərə başlayıb.
"Bu ərazidə plana 18 ev düşür. Ölçü aparıblar, amma evin kvadratmetrinə nə qədər pul verəcəklərini demirlər. Buradakı binalarda qiymət hər kvadratmetrə görə minimum 3500 manatdır. Sakinlərə buna uyğun olaraq kompensasiya ödənilməlidir", - deyə sakin narazılıq bildirib.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev məsələ ilə bağlı qeyd edib ki, vətəndaşların əmlaklarının dövlət ehtiyacları üçün alınması bazar qiymətləri əsasında aparılır:
"Vətəndaşlara ödənilən kompensasiya onları qane etmədiyi halda məhkəməyə, yaxud qiymətləndirmə şirkətlərinə müraciət edərək əmlaklarının dəqiq bazar dəyərini müəyyənləşdirə bilərlər".
Daha ətraflı Baku TV-nin süjetində:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
- Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir
- Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı
- Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA