Misir Xarici İşlər Nazirliyinin rəhbəri Sameh Şukri Qahirə ilə Tehran arasında münasibətlərin kəsilməsindən sonra ilk dəfə İrana gedib.
O, bu səfəri İran İslam Respublikasının mərhum prezidenti İbrahim Rəisinin xatirəsini yad etmək üçün həyata keçirib.
Qeyd edək ki, iki ölkə arasında əlaqə 1980-ci ildə - Misirin İran islam inqilabı zamanı devrilmiş Şah Pəhləviyə sığınacaq verməsindən sonra kəsilib.
Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı ilə yanaşı, İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.
Mənbə: Mehrnews.com
Rəylər