"İran hərbi eskalasiya şəraitinə baxmayaraq, hazırda Hörmüz boğazını bağlamaq və ya bu ərazidə gəmiçiliyə mane olmaq niyyətində deyil".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Hazırda Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur və bu mərhələdə oradan keçən gəmiçiliyi pozacaq hər hansı addım atmağı planlaşdırmışırıq", - deyə o, "Al Jazeera" telekanalına bildirib.