Cənubi Karolina ştatının hakimiyyəti tərəfindən 50 yaşlı qaradərilinin ölümünə görə ağdərili zabit Maykl Slayger (Michael Slager) aprel ayının 7-də saxlanılaraq ittiham edilib, Reuters bildirib.
Oxu.Az xəbər verir ki, polis əməkdaşı tabel silahından atəş açaraq qaçan Uolter Skottun (Walter Scott) kürəyinə səkkiz güllə atıb.
Məhkəmədə həvəskar tərəfindən çəkilən video göstərilib. Amma onun müəllifinin adı çəkilməyib, onun lazım olduğu vaxt gələcəyi deyilib. Hüquqşünaslar qeyd ediblər ki, zabitin ittihamının əsası məhz bu videodur.
Videodan görünür ki, polis Skottun maşınını arxa farası sınıq olduğu üçün saxlayır. Sürücü və polis arasında söz davası qısa əlbəyaxa davaya keçir, bundan sonra qaradərili qaçmağa cəhd edir. Slayger onun kürəyini nişan alır və Skott yıxılır.
Polis hesabatında Slayger, Skottun ona qarşı elektroşok tapançasının tətbiq etdiyini bildirib, videoda bu görünmür. Amma zabitin üzü üstə uzanan zərərçəkənə yaxınlaşıb ona qollarına qandal vurması aşkar görünür. Sonra isə bir qədər geri çəkilərək yerdən nə isə götürüb Skottun cəsədinin yanına qoyur.
Video əsasında həlak olanın ailəsi zabitə ittiham irəli sürmək niyyətindədir. ABŞ Ədliyyə Nazirliyi və FİB cinayətin istintaqına başlayıblar.