Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-də təyyarə qəzasından sonra Çin fövqəladə cavab mexanizmini işə salıb
Çinin iki vətəndaşının həlak olduğu Vaşinqtondakı təyyarə qəzası ilə əlaqədar Pekin təcili cavab mexanizmini işə salıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çin XİN-in yaydığı bəyanatda deyilib.
Pekin, həmçinin ABŞ-dən axtarış-xilasetmə işlərinin gedişi barədə vaxtında məlumat verməyi, qəzanın səbəbini mümkün qədər tez müəyyən etməyi və nəticələrin aradan qaldırılması üçün lazımi işlər görməyi xahiş edib.
Bəyanatda o da qeyd olunub ki, Pekin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərdə həlak olmuş Çin vətəndaşlarının ailələrinə lazımi köməklik göstərəcək.
Xatırladaq ki, yanvarın 29-da axşam "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- İki nəfərin əvəzinə bir dispetçer və səhv marşrut: ABŞ-dəki aviaqəzanın səbəbi nə ola bilərdi?
- Vaşinqton hava limanında helikopterlərin təhlükəli manevri heyrətlə qarşılanıb
- ABŞ-də faciədən bir gün əvvəl oxşar hadisə: Təyyarə son anda helikopterlə toqquşmadan yayına bilib
- Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi
- ABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə Azərbaycanın sabiq çempionu da olub
Rəylər