Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də "TikTok"un taleyini kim həll edəcək - Bayden, yoxsa Tramp?
ABŞ Prezidenti Co Bayden ABŞ-də "TikTok" sosial şəbəkəsinin bloklanması üçün tədbirlər görməyəcək, tətbiqin taleyi seçilmiş prezident Donald Trampın administrasiyası tərəfindən həll ediləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi adı açıqlanmayan məmura istinadən məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Bayden administrasiyası vəzifədən getməsinə üç gün qalmış "TikTok"a qarşı yeni qanunun tətbiqi və sosial şəbəkənin potensial bloklanması problemini öz sələflərinə saxlamağa qərar verib.
Qeyd edək ki, ABŞ-də 2024-cü ildə qəbul edilmiş qanuna əsasən, Çin şirkəti "ByteDance" ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ölkə ərazisində fəaliyyətini dayandırmalıdır. "TikTok" ətrafında vəziyyət onun bloklanmasını mümkün edən qanunun demokratlar və respublikaçılar arasında geniş dəstək almasına baxmayaraq, hər iki partiyada mübahisə mövzusuna çevrilib.
Sosial şəbəkənin aktiv istifadəçisi olan ABŞ-li gənclər də fəal şəkildə qanunun əleyhinə çıxırlar.
Dekabrın sonunda ABŞ-nin seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarının dayandırılmasını xahiş edib. O, bu platformaya "isti yanaşdığını" deyib, çünki 2024-cü ilin noyabrında dövlət başçısı seçkisində onun qələbəsinə gənc amerikalı istifadəçilərin səsləri kömək edib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimində "SpaceX"in baş direktoru İlon Mask, "Meta"nın baş direktoru Mark Zukerberq, "OpenAI"ın baş direktoru Sem Altman və "Amazon"un qurucusu Ceff Bezosla yanaşı, "TikTok"un baş direktorları da tribunada əyləşəcəklər.
"Co Bayden" teqi üzrə xəbərlər
- "Caliber": Baydenin gedişi və Ermənistan üçün siçan tələsi
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI
- Tramp bəşəriyyət üçün ən böyük təhlükədən danışıb
- Kosmosa səkkiz günlük gedib, səkkiz aydır qayıda bilməyən astronavtlarla bağlı sensasiyalı açıqlama
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib